Gürcüstanda dövlət çevrilişinin təşkilatçıları
AZADLIĞA BURAXILDILAR

Gürcüstanda dövlət çevrilişinin təşkili işi üzrə 7 il müddətinə həbs olunmuş Murtaza Zodelava və Laşa Beridze azadlığa buraxılıblar.

 

APA xəbər verir ki, onlar təqsirlərinin etiraf edilməsi barədə prosesual razılaşma əsasında cəzaçəkmə müəssisəsini tərk ediblər.

 

Razılaşmaya əsasən, hər iki şəxs 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həbs cəzası müddətinin 1 il 1 ayını penitensiar müəssisədə çəkiblər, qalan 2 il isə şərti cəza kimi tətbiq olunub.

 

Murtaza Zodelava və Laşa Beridze ilə yanaşı iş üzrə 5 il müddətinə həbsə məhkum edilmiş daha iki nəfər – Quri Jvaniya və İrakli Çxvirkiya ilə də prosesual razılaşma əldə olunub. Onlar növbəti günlərdə azadlığa çıxacaqlar.

 

Qeyd edək ki, Gürcüstanda ötən il oktyabrın 4-də bələdiyyə seçkilərinin keçirildiyi gün kütləvi etiraz aksiyası təşkil olunub. Aksiyaçılar Prezident sarayına hücuma cəhd ediblər. Kütləvi iğtişaşlarla bağlı aksiyanın təşkilat komitəsinin 5 üzvü ilə yanaşı yüzlərlə etirazçı saxlanılmışdı.

 

Təşkilat komitəsinin üzvlərindən olan Murtaza Zodelava və Laşa Beridzeyə strateji və xüsusi əhəmiyyətli obyektlərin ələ keçirilməsi və bloklanması, qrup halında zorakılığın təşkili və ona rəhbərlik, Gürcüstanda konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə açıq çağırışlar etmək ittihamları irəli sürülmüşdü.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.