Seçkidə qalib gələn Demokratlar Trampı hədələdilər:
“HAZIR OL, İSTİNTAQ BAŞLAYIR...”

Aralıq seçkilərində qələbə qazanan Demokratlar Partiyasının ABŞ Konqresindəki bir neçə üzvü Prezident Donald Trampı istintaq aparılacağı və ifadə vermək üçün dinləmələrə çağırılacağı ilə hədələyib.

 

Bu barədə ABŞ mediası məlumat yayıb.

 

“Vəkilləriniz indidən işə başlasınlar”, - Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü, demokrat Robert Qarsiya X sosial şəbəkəsində yazıb.

 

Onun partiyadaşlarından biri, senator Ed Marki isə Demokratların rəqiblərinin çağırış vərəqələrinin çapı üçün kifayət qədər kağız əldə etmək məqsədilə “yeni meşələr salmalı olacaqlarını” bildirib.

 

Konqres üzvü Deliya Ramires də sosial şəbəkəsində barəsində araşdırma başlada biləcəyi şəxslərin siyahısını dərc edib. Siyahıda ABŞ-ın keçmiş daxili təhlükəsizlik naziri Kristi Noem, onun xələfi Markueyn Mallin, Ağ Ev Administrasiyası rəhbərinin müavini Stiven Miller, Ağ Evin sərhəd nəzarəti məsələləri üzrə koordinatoru Tom Homan və Sərhəd Xidmətinin keçmiş rəhbəri Qreqori Bovino yer alıblar.(“Teleqraf”)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.