
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Konqresin Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri qarşısında Ukraynadakı vəziyyətlə bağlı qapalı brifinqdə çıxış edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə komitənin rəsmi saytında iclasla bağlı dərc olunan cədvəldə anons verilib.
Brifinq dekabrın 1-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Stiv Uitkoff tədbirdə yeganə məruzəçi kimi göstərilib.
Bildirişə əsasən, iclas zamanı məxfilik rejimi tələb edən məsələlər müzakirə olunacaq.
Brifinqin digər təfərrüatları açıqlanmayıb.