Ərdoğan qarşıdakı seçkilərin necə nəticələnəcəyinin anonsunu verdi
“XALQ MƏNİ SEÇƏCƏK”

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”nın vahid namizədi olacağı mesajını verib.

 

Türkiyə Prezidenti bu barədə Bilecik vilayətində gənclərlə görüşündə bildirib.

 

“Altılı Masa (müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı”- red.) nə deyir? Məndən namizəd olmaz deyir. Sizə rəğmən xalqım həm prezidentliyə namizədliyimi irəli sürəcək, həm də məni yenə prezident seçəcək”.

 

“Report” xatırladır ki, müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı” son toplantısında Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyini qəbul etməyəcəyini bildirib. Hüquqşünaslar bununla bağlı Türkiyədə Konstitusiyanın 101-ci maddəsini əsas gətirirlər.

 

Ərdoğan isə rəqiblərinə "Türkiyə 2018-ci il seçkiləri ilə yeni sistemə keçib, yəni, xronometraj sıfırlandı. 2018-ci ildə seçilən dövlət başçısı yeni sistemin ilk prezidentidir", - cavabını verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.