Separatçılar geri çəkildi: BAKININ NÖVBƏTİ HƏDƏFİ NƏDİR?
ŞƏRH

Bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu TIR Ağdam rayonundan keçərək Xankəndiyə çatıb.

 

Bu, çox mühüm hadisədir. Birincisi, Rusiyanın göndərdiyi TIR Xankəndi şəhərinə Ağdam-Əsgəran yolu vasitəsilə çatdırıldı. Bu, rəsmi Bakının irəli sürdüyü əsas şərtlərdən idi. Rusiya kimi bir ölkə belə Bakının tələbinə əməl edirsə, Ermənistan, Fransa başda olmaqla hər kəs etməlidir.

 

İkincisi, bununla separatçıların “humanitar fəlakət” kampaniyası başa çatır. Yəni bundan sonra kampaniyanı davam etdirsələr belə, effekti olmayacaq. 

Üçüncüsü, rəsmi Bakı Laçın nəzarət-buraxılış məntəqəsini yaratmağının ardınca növbəti ciddi uğura imza atdı. Bundan sonrakı hədəf Laçında gömrük postunun qurulması olacaq.

 

İndiki məqamda əsas sual budur: Laçın yolu açılacaq?

 

Prinsip etibarilə Laçın yolu mülki şəxslər üçün açıqdır. Gün ərzində bu yoldan istifadə edən ermənilərin görüntüsü yayılır. Lakin yük maşınları üçün yolun bağlı olması doğrudur. Bunun da subyektiv səbəbləri var. Hesab etmək olar ki, Laçın yolu da açılacaq, lakin ermənilər buradan əvvəlki kimi separatçı məqsədlər üçün istifadə etməyə cəhd göstərsələr, ya da hansısa neqativ hal aşkarlanarsa, yol yenidən bağlana bilər.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.