Pavel Durova Fransanı tərk etmək qadağan olundu – ÜSTƏLİK 5 MİLYON AVRO GİROV ÖDƏYƏCƏK
YENİLƏNİB, VİDEO


Fransada istintaq hakimi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.

 

Bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.

 

O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.

 

Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan edilib.

 

Bu arada o da məlum olub ki, Paris məhkəməsi Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham edib.

 

Söhbət xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.

 

Bunda başqa qeyd olunub ki, Fransız müstəntiqləri “Telegram” sosial şəbəkəsinin məhkəmə sistemi ilə əməkdaşlıq etməməsi səbəbindən 2024-cü ilin fevralında ilkin araşdırmaya başlayıb.

 

İlkin istintaq 2024-cü ilin fevralında Paris prokurorluğunun göstərişi ilə başlayıb və ilkin istintaq hərəkətləri OFMIN (Yetkinlik yaşına çatmayanların müdafiəsi ofisi) tərəfindən əlaqələndirilib.

 

**18:34 (28.08.2024)


İstintaq hakimi Teleqram-ın təsisçisi Pavel Durovun ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədi ilə onun polisdə saxlanmasına xitam verib.

 

Bu barədə BFMTV məlumat yayıb.

 

Qeyd edək ki, Pavel Durov avqustun 24-də Fransada saxlanılmışdı.


...Bu arada Rusiyanın “Mash” Teleqram kanalı Durovun Paris məhkəməsinə aparılmasını əks etdirən görüntülər yayıb. Həmin görüntüləri təqdim edirik: 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.