İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edildi – “HİZBULLAH” LİDERİNİN ÖLDÜRÜLDÜYÜ ELAN OLUNANDAN SONRA

“Hizbullah” liderinin qətlindən sonra İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei təhlükəsiz əraziyə təxliyə edilib.

 

Senzor.az bildirir ki, bu barədə öz mənbələrinə istinadən “Reuters“ məlumat yayıb.

 

Agentliyin məlumatına görə, Əli Xamneinin olduğu yerdə təhlükəsizlik tədbirləri gücləndirilib. Agentliyin həmsöhbətləri onu da iddia ediblər ki, İran Nəsrullahın ölümü ilə bağlı xəbərlərdən sonra gələcək addımlarla bağlı “Hizbullah” və regiondakı digər müttəfiqləri ilə əlaqə saxlayır.


Qeyd edək ki, bir qədər əvvəl İsrail mediası Şeyx Həsən Nəsrullahın öldürülməsi barədə informsiya paylaşıb.

 

O da bildirilib ki, “Hizbullah” lideri ilə əlaqə sonuncu dəfə sentyabrın 28-də yaradılıb. İsrailin Beyruta aviazərbələrindən sonra Nəsrullah bir daha tərəfdarları ilə bağlantı qurmayıb.

 

Hələlik “Hizbullah” öz liderinin ölümünü nə təsdiq, nə də təkzib edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.