Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda sıxlıq yaranan avtomobil yollarının siyahısını açıqlayıb.
Senzor.az NİİM-ə istinadən bildirir ki, hazırda paytaxtın küçə və prospektlərində vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” m/st istiqamətində;
2. Binəqədi şosesi, “Azadlıq pr.” m/st istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” m/st istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Qara Qarayev prospekti, “Qara Qarayev” m/st-dan “Koroğlu “m/st istiqamətində;
8. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Bu arada Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında sərnişin avtobuslarının hərəkəti ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 47 müntəzəm marşrut xətti üzrə 134 avtobusun hərəkət intervalında gecikmələr var.