Şuşada Beynəlxalq Media Forum keçirilir

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Beynəlxalq Media Forum başlayıb.

 

Senzor.az bildirir ki, Tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

 

Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda ekspertlər iştirak edirlər.

 

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər rəsmi şəxslər, mətbuat nümayəndələri və ekspertlər iştirak edirlər.

 

Tədbirə qatılan əcnəbi KİV təmsilçiləri arasında "Anadolu" Agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və s. başqaları var.

 

Qeyd edək ki, forum 4 paneldə keçirilir. "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci paneldə əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada "fake news" ilə mübarizə olacaq. "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" adlı ikinci paneldə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə predmeti olacaq.

 

Daha sonrakı "Azərbaycan mətbuatında Şuşa izi" panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparılacaq.

 

Sonuncu "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" panelində isə əsas mövzular Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.