İyulun 24-də Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində yenidən zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yeraltı təkanlar Dmanisi rayonunun cənub-qərbində yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.
Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ Tbilisi vaxtı ilə saat 05:49-da 3,8 bal gücündə olub.
Qeyd edək ki, Dmanisi bələdiyyəsində son bir neçə aydır müntəzəm olaraq zəlzələ qeydə alınır.