Erməni mətbuatı ehtyatda olan hərbçilərin təlmindəki insidentlə bağlı yeni məlumat yayıb. Bildirilir ki, ölən erməni hərbçidən başqa, bir nəfər də yaralanan var.
İrəvan sakini, 36 yaşlı Levon S. adlı şəxs də güllə yarası alıb. Onların Ermənistanda elan edilən hərbi toplanışa çağırıldıqları və sentyabrın 10-da döyüş mövqelərinə gətirildikləri bildirilir.
Ehtiyatda olanların hərbi toplanışına cəlb edilən 42 yaşlı serjant Ovakimyanı öldürən və 36 yaşlı Levon S.-i yaralayan erməni hərçinin saxlanıldığı haqda da məlumat yayılıb.
**10:52
Ermənistanda döyüş mövqelərinin birində ehtiyatda olan hərbçi ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, 1978-ci il təvəllüdlü serjant Mkrtiç Ovakimyan döyüş xidmətinin təşkili qaydalarını pozub və odlu silahdan ölümcül yara alıb.
Hazırda məsələ ilə bağlı istintaq aparılır.