Türkiyə xüsusi təyinatlıları Suriyada daha 25 terrorçunu məhv ediblər.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçular Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pinarı” antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.
Həmçinin PKK terrorçularının Suriya qanadının obyektlərinə kütləvi zərbələr endirilib.
Nazirlikdən terrorçuların hər bir türk əsgərinin ölümünə görə cavab verəcəkləri vurğulanıb.