
İyulun 28-də Samux ərazisində zəlzələ olub.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan hiss olunmayıb.
 
												
						 
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                        