Bu gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Senzor.az bildirir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd olunub ki, buna səbəb Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzadır.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.