"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Bakı-Moskva ("Vnukovo" aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.
Senzor.az bildirir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.
Qeyd edək ki, həmin reyslə bağlı analoji hallar əvvəllər də müşahidə edilib.