Bakıda baş verən hadisə torpaq sürüşməsi deyil - RƏSMİ
YENİLƏNİB, FOTO

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsində yamacdan torpaq tökülməsi sürüşmə deyil.

 

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

 

Onun sözlərinə görə, 2,5 metr hündürlüyü olan yamacın üst hissəsində yerləşən həyət evində suvarma nəticəsində kiçik torpaq çıxıntı sahəsi qopub yola tökülüb.

 

"Bu hadisəyə torpaq sürüşməsi demək düzgün deyil. Sadəcə kiçik bir hissədə torpaq uçqunu baş verib. Artıq müvafiq qurum tərəfindən hadisənin nəticələri aradan qaldırılıb. Həmin ərazidə lokal da olsa kiçik uçma proseslərinin inkişaf dinamikası yoxdur", - deyə Xidmət rəisi bildirib.

 

**09:31


Bu gün Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsindəki yamacda kiçik miqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

 

APA-nın xəbərinə görə, hadisə səhər saat 6 radələrində baş verib.

 

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.