Ermənilər Laçında mülki şirkətə məxsus ekskavatoru atəşə tutdular
FOTO

Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Eyni zamanda, qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb.

 

Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb.

 

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

 

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

 

"Bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Azərbaycan MN-dən bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.