Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri başlayıb.
Senzor.az bildirir ki, EBRD rəhbərinin səfəri çərçivəsində Bakıda bir sıra rəsmi görüşlərin keçiriləcəyi, həmçinin Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsinə dair sazişin imzalanacağı gözlənilir.
Bundan başqa, AZPROMO ilə telekommunikasiya, media və texnologiya sektorunun inkişafı üzrə layihənin işə salınması planlaşdırılır.
Səfər sentyabrın 13-dək davam edəcək.