Türkiyə Milli Təhlükəsizlik Şurası Ermənistanın son təxribatlarını pisləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Şuranın iclasının yekununa dair yayılan məlumatda belə deyilir.
“Ermənistan Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərinə görə pislənilib və Ermənistan rəhbərliyinə ona verilən sülh fürsətindən istifadə etmək, eləcə də bütün razılaşma öhdəliklərini yerinə yetirməli olduğu xatırladılıb", - məlumatda bildirilir.
Qeyd edilib ki, iclasda davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək ifadə edilib. Həmçinin başda region dövlətləri olmaqla, bütün iştirakçı tərəflərin sülh prosesinə səmimi şəkildə öz töhfələrini verməli olduqları vurğulanıb.
**11:57
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda ölkənin Silahlı Qüvvələrinin Suriyanın şimalında mümkün əməliyyatı, həmçinin Yunanıstanın Egey adalarına silah göndərməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
"İclasda terrorla mübarizə də mühüm mövzulardan biri olacaq. Daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın Türkiyədə olduğu kimi, Suriya və İraqda da davam edən terrorla mübarizə əməliyyatları ilə bağlı təqdimatları gözlənilir”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Türkiyə lideri bildirib ki, Ankara Suriyanın şimalında beynəlxalq ictimaiyyət tərəfindən anlaşılacaq hərbi əməliyyat keçirəcək. Onun sözlərinə görə, Ankaranın belə təcrübəsi var.