Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının şərəfinə təşkil olunan qeyri-rəsmi naharda iştirak edib.
Senzor.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri başa çatıb.
**12:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Senzor.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlət başçısı İlham Əliyevi Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.