Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, istedadlı bəstəkar Ruhəngiz Qasımova ömrünün 83-cü ilində vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə teatrşünas Anar Bürcəliyev məlumat verib.

 

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. 

 

Bəstəkar R.Qasımovanın lirik, vətənpərvərlik mövzulu çoxsaylı mahnıları, musiqi əsərləri var. Onun “Yollar görüşəndə”, “Ömrün yolları”, "Qonşu qonşu olsa...” musiqili teletamaşaları tamaşaçıların böyük rəğbətini qazanıb.

 

R.Qasımova 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına, 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə, 17 sentyabr 2019-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.