Türkiyənin Tokat şəhərinin Niksar bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli Kİv-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Rixter şkalası ilə 4,3 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 14,34 kilometr dərinliyində yerləşib.
Dağıntılar barədə məlumat yoxdur.