Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat yayıb.
"Görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı, investisiya və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan bu ölkəyə qaz ixracı barədə fikir mübadiləsi apardıq", - M.Cabbarov qeyd edib.