İlham Əliyev: "Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır"
YENİLƏNİB


Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.


"Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah biz həm Sizinlə, həm nümayəndə heyətlərinin üzvləri ilə planlarımızı ətraflı müzakirə edəcək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirəcəyik", - dövlət başçısı qeyd edib.


İlham Əliyev vurğulayıb ki, əmtəə dövriyyəsinin göstəriciləri qaneedici deyil: “Lakin, fikrimcə, bizim nəzərdə tutduğumuz planlar qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edərik”.

**15:38


Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.