Qırğız Prezidenti adından İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib
FOTO

 

Oktyabrın 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

 

Senzor.az bildirir ki, rəsmi qəbulda konsert proqramı təqdim olunub.

 

Qırğızıstan Prezidenti Sadır Japarov Ulu Öndər Heydər Əliyevlə bağlı fotoalbomu dövlətimizin başçısına təqdim edib.

 

Prezident Sadır Japarov deyib: Hörmətli İlham Heydər oğlu, bizim ölkədə Heydər Əlirza oğlu Əliyevin olduqca çox pərəstişkarı var. Bu, boş sözlər deyil. Bu, sübutdur – mən əlimdə “Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev barədə xatirə” albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və məndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm.

 

Prezident İlham Əliyev: Hörmətli Sadır Nurqojoyeviç. Belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, - mən onların hisslərinə şərikəm, - eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamışınız.

 

Prezident Sadır Japarov: Bu, sadəcə, qırğızlar haqqındadır.

 

Prezident İlham Əliyev: Qırğızlar haqqında Azərbaycan dilində kitabdır. Bu kitab ona görə hörmətə layiqdir ki, biz öz dillərimiz - ortaq köklərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik. Bir daha sağ olun.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.