Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 12-də başa çatıb.
Senzor.az bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Moldovanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Moldovanın Baş naziri Nataliya Qavrilitsanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər yola salıblar.