Xətai rayonu, metropolitenin "Əhmədli" stansiyasının yaxınlığında baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 2 nəfər tibb müəssisəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildiriblər.
Onlardan 1-nə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Digər bir nəfərə də ilkin tibbi yardım göstərilib, hazırda müayinə və müalicəsinə davam edilir.
Qeyd edək ki, bu gün paytaxtda 57 saylı xətt avtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.
**15:13
Bu gün Bakıda marşrut avtobusu ilə yük maşını toqquşub.
Hadisə Xətai rayonu ərazisində - metronun “Əhmədli” stansiyası yaxınlığında baş verib. 57 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu Ecobus” markalı avtobusla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “KamAZ”ın toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb edilib.(Qafqazinfo)