Oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Senzor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, qərb küləyi 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.