Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə telefonla danışıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Ukraynadakı müharibə ilə bağlı son hadisələr müzakirə olunub.
Dmitri Kuleba da Bartında baş verən qəza ilə bağlı Türkiyə tərəfinə dərin hüznlə başsağlığı verib.("Report")