Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 144 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 435 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.