Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Senzor.az xəbər verir ki, bu barədə diplomat feysbukda yazıb.
O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Müstəqillik yolu qədər çətin yol yoxdur” sözlərini xatırladıb: “Hələ 1995-ci ildə deyilən bu sözlər peyğəmbərcəsinə söylənilib və təkcə Azərbaycan üçün deyil. Dost Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Sülh, əmin-amanlıq və çiçəklənmə arzu edirik!”.