Bakı metropoliteni xəttə yeni 7 vaqonluq qatarlar buraxacaq.
Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Senzor.az-a bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun Bənövşəyi xətti üzrə hərəkət edəcək:
"Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə Bənövşəyi xətt üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq.".
Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.