"Mənim üçün bu, çox mühüm amildir, ona görə ki, biz hamımız öz köklərimizi yadda saxlamalı və ölkələrimizi yaxınlaşdırmağa çalışmalıyıq".
Senzor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib.
"Biz bu mövzuları sizinlə bu və ya digər dərəcədə müzakirə etmişik və mən həmişə sizin timsalınızda öz türk köklərinə dərindən bağlı olan bir insan görmüşəm. Mən bunu səmimi deyirəm. Mənim üçün bu, çox mühüm amildir, ona görə ki, biz hamımız öz köklərimizi yadda saxlamalı və ölkələrimizi yaxınlaşdırmağa çalışmalıyıq. Türk dünyası dünya miqyasında çox böyük potensiala, coğrafiyaya, nəqliyyat yollarına, enerji resurslarına, insan potensialına, intellektual potensiala malik olan böyük ailədir, böyük sərvətdir. Buna görə birlik bizim gücümüzdür", - dövlət başçısı bildirib.