“Buta Airways” aviaşirkətinin Tbilisi-Bakı (J2-9230 səhər reysi) reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
Senzor.az xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Məlumata görə, sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə axşam yola düşəcəklər.
Qeyd edilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün lazımi vasitələrlə təmin ediləcəklər.