Azərbaycan Xarici İşlər Nazirliyi Koreya Respublikasına başsağlığı verib.
Senzor.az-ın məlumatına görə, başsağlığında aşağıdakılar bildirilir:
“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısına tezliklə sağalmalarını arzu edirik”.
Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.