Qarabağda gördüklərimi memuar və ya xatirə kimi yazmaq fikrim var.
Senzor.az xəbər verir ki, bunu bu gün Türkiyə Səyyahlar Klubunun prezidenti Salman Arınç Qarabağ və Şərqi Zəngəzura səfərlərinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, kifayət deyil: "Həm də başqa işlər görmək lazımdır. Kifayətlənmək olmaz. Bizim yeganə işimiz daha çox çalışmaq və bir- birimizə inanmaq olmalıdır. Biz bir-birimizə xəyanət etməsək, kimsə bizi yıxa bilməz".