Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiooiya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.
Senzor.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib:
“Bu gün Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Efiopiya hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Efiopiya arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”.