Türkiyəli general Azərbaycanın cənub sərhədlərinə gedib

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-leytenant Bəxtiyar Ersay ölkəmizin xüsusi təyinatlılarının təlimini izləyib.


Senzor.az xəbər verir ki, o, bu məqsədlə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə ölkənin cənub bölgəsinə səfər edib. Z.Həsənov və B.Ersay xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.


Onlar eyni zamanda, Azərbaycanın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıblar.


Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissələrinin təlimi başlayıb. Təlimdə Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələri də iştirak edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.