Oktyabr ayında Bakıda 30 aptekdə yoxlama aparılıb.
Bununla bağlı Senzor.az-a Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.
Qeyd olunub ki, aşkarlanan pozuntularla bağlı 5 protokol tərtib olunub.
Xatırladaq ki, daha öncə sentyabr ayında Bakı şəhəri üzrə - 24, digər rayonlar üzrə 9 aptek olmaqla 33 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddələri üzrə 4 protokol tərtib edilib.