Noyabrın 3-də Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi keçirilib.
"Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə - Rostselmaş, Klever, Volqa Kombinat Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları təmsil edib.
Senzor.az bildirir ki, sərgidə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya Sənaye Nazirliyinin Kənd Təsərrüfatı və Maşınqayırma üzrə Yol-tikinti Departementinin direktoru Mariya Yelkina, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin açılış mərasimi Azərbaycan və Rusiyanın dövlət himnlərinin səslənməsi ilə başlayıb
Çıxış edənlər sərginin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə, dövlət qurumlarına, eyni zamanda, öz meydançasını sərgi üçün verdiyinə və özəl təşkilatçılığa görə "Həştərxan İş Mərkəzi"nə minnətdarlıqlarını bildirib, sərginin işinə uğurlar arzulayıblar.
Tədbir "Həştərxan İş Mərkəzi"nin könfrans zalında dəyirmi masa ilə davam edib.