Azərbaycanda zəlzələ qeydə alınıb.
Senzor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 05:41-də Bərdə stansiyasından 9 kilometr cənub-qərbdə, Ağdam rayonunda, 3,5 maqnitudada qeydə alınıb.
Ocağı 25 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.