Ələt iqtisadi zonası üçün torpaq sahəsi alınacaq

Torpaqların dövlət ehtiyacları üçün alınması işlərinin yekunlaşdığını nəzərə alaraq, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşən xüsusi mülkiyyətdə olan 9,9185 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq.


Senzor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bu gün müvafiq qərar imzalayıb.


Qərara əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarda qeyd edilən dövlət ehtiyacları üçün alınan torpaq sahəsi ilə birlikdə Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaqların hüdudları daxilində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahələrinin Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Nazirlər Kabinetinə təqdim edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.