Qəbələdə iki qardaşdan silah götürülüb.
Senzor.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədağalı kənd sakinləri P.Ağayevdən qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı ov tüfəngi, 2 ədəd patron və qardaşı Təbrizdən qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.