Həkimlərin əməkhaqlarının artırılması məsələsinə baxılacaq
YENİLƏNİB

“İcbari tibbi sığorta üzrə bizim büdcəmiz artır”.


Senzor.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.


O bildirib ki, bizə ən çox müraciət edilən məsələ əməkhaqqlarının artırılması ilə bağlı idi: “Bu əməkhaqları artırılmışdı. 2022-ci ildə əksər ixtisaslı həkimlərin əməkhaqları 1000 manat və 1000 manat üzərində müəyyən olunub. Əlavə olaraq da onlar bonuslar alırlar. Yenə də bu məsələyə baxılacaq. Gələcəkdə də bizim vəsaitlərimiz artırılsa, yenə əməkhaqlarının artırılması nəzərdə tutulacaq”.

**11:24

Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunur.


Senzor.az xəbər verir ki, müzakirələrdə maliyyə naziri Samir Şərifov, elm və təhsil nazirinin müavini İdris İsayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov və digər dövlət rəsmiləri iştirak edir.


İclasa MM-in sədr müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli moderatorluq edir.


Müzakirələrdə deputatlar çıxış edərək dövlət büdcəsi ilə bağlı təkliflərini səsləndirəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.