Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Konfrans zamanı Özbəkistan dövlət başçısı Ərdoğana İmam Buhari ordenini təqdim edib.
“Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam Buharinin adını daşıyan bir universitetin burada yaradılması müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu ordenə görə əziz qardaşım Şavkat Mirziyoyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən tam əminəm ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağıq. İmam Buhari Universiteti çox mühüm elm və cazibə mərkəzi olacaq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
**18:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısının baş tutacağı Səmərqənddə keçirilib.