Dərmanların topdansatış qiyməti və tariflərin müqayisəsi Tarif Şurası tərəfindən tariflərin müəyyənləşdirilməsi məqsədilə tətbiq olunan yanaşmanın bazarda mövcud olan qiymətlərin və meyllərin nəzərə alınmaqla çevik qaydada yenilənmədiyini göstərib.
Senzor.az xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsdə aparılmış auditin nəticələrində qeyd edilib.
Bildirilib ki, alınan 144 adda eyni dərmanın 81-də qiymət azalsa da, onlardan 4-də bu azalma fonunda tarif artırılıb, 67 adda dərmanın tarifinin sabit qalması fonunda qiyməti azalıb ümumilikdə, tariflər 75 adda dərman üzrə 18,5%- 57,1% daha baha müəyyənləşdirilib.
Qeyd edilib ki, müqavilələrdə yararlılıq müddəti istehsal tarixindən ən azı 60,0% səviyyəsində müəyyən edilsə də, 6 adda dərman vasitəsinin yararlılıq müddəti 30%-dən aşağı, 10 adda dərman vasitəsinin yararlılıq müddəti 30-40%, 36 adda dərman vasitəsinin yararlılıq müddəti 40-50% və 129 adda dərman vasitəsinin yararlılıq müddəti 50%-60% aralığında olub.