Aİ XİN başçıları Ermənistandakı missiyanın fəaliyyətini müzakirə edəcək

Aİ-nin xarici işlər nazirləri Ermənistandakı mülki missiyanın fəaliyyətini müzakirə edəcək.


Məlumata görə, 14-15 noyabr tarixlərində xarici işlər nazirlərinin iştirakı ilə Brüsseldə Aİ-nin Xarici İşlər Şurasının iclası keçiriləcək.


İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell sədrlik edəcək.


İclasın ilk günündə Aİ ölkələrinin XİN başçıları Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı müzakirələr aparacaq. Müzakirələrdən əvvəl isə Ukrayna xarici işlər naziri Dmitri Kuleba videoformatda çıxış edəcək.


Aİ-yə üzv ölkələrin XİN başçıları Qərbi Balkanlardakı vəziyyəti müzakirə edəcəklər, həmçinin Aİ-nin Ali Nümayəndəsi Şarm əl-Şeyxdə keçirilən COP27 iclasının ilk həftəsinin yekunları barədə nazirləri məlumatlandıracaq.


Nazirlər həmçinin Livandakı vəziyyəti, Aİ-nin Ermənistandakı monitorinq missiyasını və İrandakı vəziyyəti müzakirə edəcəklər.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.