“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”.
Bu barədə Türk Dövlətləri Təşkilatının «Tvitter»ində yazılıb.
“Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, - paylaşımda bildirilib.
Xatırladaq ki, bu gün - 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.