İstanbul valisi: Partlayışda yaralananlardan 57 nəfəri evə buraxılıb

Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışdan sonra xəstəxanalara yerləşdirilən yaralıların 57 nəfəri evə buraxılıb.


Bunu İstanbul şəhərinin valisi Ali Yerlikaya “Twitter“ səhifəsində yazıb.


O qeyd edib ki, 18 nəfər müalicəsini davam etdirir, onlardan 6 nəfəri reanimasiya və intensiv terapiya şöbəsindədir. Xəstələrdən ikisinin vəziyyəti ağırdır.


“Yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşması üçün dualar edirik”, - əlavə olunub.


Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə bildirib ki, Türkiyənin stabilliyini pozmaq istəyənlər - fərq etməz, kimlər və ya hansı ölkələr - gec, ya tez özləri qeyri-stabilliyə sürüklənəcəklər.


O, bu barədə İstanbulda terror aktının törədildiyi ərazidə jurnalistlərə açıqlamasında deyib.


Mustafa Şentop qeyd edib ki, aparılan araşdırmalar nəticəsində terror aktının arxasında kimlərin durduğu mütləq ortaya çıxacaq və Türkiyə bunun cavabını ən sərt şəkildə verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.