Qarakənd faciəsindən 31 il ötür
BƏZİ QARANLIQ MƏQAMLARA HƏLƏ DƏ AYDINLIQ GƏTİRİLMƏYİB

Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasından 31 il ötür.

 

Senzor.az xatırladır ki, 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:

 

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

 

İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror

 

Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

 

Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini

 

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

 

Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

 

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri

 

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

 

İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru

 

Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

 

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

 

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

 

Sanlal Dasumoviç Serikov – Qazaxıstan Daxili işlər nazirinin müavini

 

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

 

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

 

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

 

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

 

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı

 

Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator

 

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

 

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

 

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

 

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu teraktla özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər.

 

Faciədən 31 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.